Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlində təşkil olunan FIDE Qran-prisinın III mərhələsində ikinci yarımfinal görüşünü keçirib.
Sportal.az xəbər verir ki, 37 yaşlı qrossmeyster ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib. Tərəflər 51-ci gedişdə "sülh"ə razılaşıb.
İkinci qarşılaşmada da heç-heçə qeydə alındığından, qalibi müəyyənləşdirmək üçün aprelin 1-də tay-breyk oynanılacaq.
