Qazaxıstan mətbuatı millimizdən yazdı: "Azərbaycan rəsmi matçda son dəfə 2020-ci ildə qalib gəlib"

23:12 - 31 Mart 2022

Qazaxıstan mətbuatı Azərbaycanla Millətlər Liqasında eyni qrupda yer alacaq milliləri haqda yazı dərc edib.

Sportal.az xəbər verir ki, sports.kz saytı Azərbaycan, Belarus və Slovakiya ilə mübarizə aparacaq millərinin şanslarını dəyərləndirib. Bununla yanaşı qazaxıstanlı həmkarlarımız Azərbaycan və Qazaxıstan arasında oynanılan matçları yada salıb:

"Ümumiyyətlə, millimiz Azərbaycana qarşı ilk dəfə deyil ki, oynayacaq. Daha dəqiq desək, bu yığmalar 9 dəfə qarşılaşıb. Sonuncu dəfə 2018-ci ilin iyununda Qazaxıstan Stanimir Stoylovun rəhbərliyi altında Azərbaycanı 3:0 hesabı ilə darmadağın etmişdi. O vaxtdan bu yana rəqiblərdə dəyişikliklər baş verib. İlk növbədə Qazaxıstan millisinin heyəti...

Azərbaycan millisini isə hazırda italiyalı Canni De Byazi çalışdırır. Geridə qalan 10 matçda komanda 8 dəfə uduzub, 2 heç-heçə edib. Azərbaycan rəsmi matçda son dəfə 2020-ci ildə Kiprə qalib gəlib.

Azərbaycan millisinin heyətində qazaxıstanlı azarkeşlər üçün “Qarabağ" – “Kayrat” matçlarından tanış olan futbolçular var. Ölkə xaricində oynayanları da az deyil. Anton Krivotsyuk (“Visla” Plotsk), əslən qazaxıstanlı Dmitri Nazarov (“Erzgebirge Aue”), Namiq Ələsgərov (“Bursaspor”), Mahir Emreli (“Dinamo”, Zaqreb), Renat Dadaşovun (“Tondela” Portuqaliya) adını qeyd etmək olar.

Millinin ən bahalı futbolçusu Mahir Emreli hesab edilir. “Transfermarkt” portalında onun qiyməti 1,5 milyon avro dəyərindədi. “Neftçi”nin futbolçusu Emin Mahmudovun isə transfer dəyəri 1,2 milyon, “Qarabağ”dan Qara Qarayev və “Visla”dan Anton Krivostyukun qiyməti isə 1 milyon avro kimi qiymətləndirilir. Kim bilir, bəlkə də Qazaxıstana qayıtdıqdan sonra Emil Balayev "Turan"dan milliyə dəvət ediləcək".
 

Mirbağırağa

 

Xəbər xətti