Millimizin veteran forvardının oğlu "Arsenal"a niyə keçə bilməyib?

13:28 - 1 Aprel 2022

Gürcüstan millisinin və "Dinamo"(Batumi) klubunun yarımmüdafiəçisi Xviça Kvaratsxeliya İngiltərəyə yollana bilər.

Sportal.az "Area Napoli"yə istinadən xəbər verir ki, 21 yaşlı futbolçu "Arsenal"ın transfer siyahısında yer alıb. İddiaya görə Xviça əslində, ötən ay Londona yollanaraq "topçular"la müqavilə imzalamalıymış. Sadəcə İngiltərə Premyer Liqası rəhbərliyi Rusiya Premyer Liqasından gələn oyunçularla müqavilə imzalamağı qadağan etdiyinə görə keçid baş tutmamışdı.

Xatırladaq ki, Xviça milli komandamızın veteran forvardı Badri Kvaratsxeliyanın oğludu.

Xəbər xətti