İngiltərə Premyer Liqasının mrt ayının ən yaxşı baş məşqçisinin adı məlum olub.
Sportal.az İngiltərə Premyer Liqasının saytına istinadən xəbər verir ki, "Arsenal"ın çalışdırıcısı Mikel Arteta hamını qabaqlayıb.
Martda "topçular" "Uotford"(3:2), "Lester"(2:0), "Aston Villa"(1:0) klublarına qalib gəlib, "Liverpul"a (0:2) uduzub.
Bu mükafata Antonio Konte ("Tottenhem"), Yurgen Klopp ("Lievrpul"), Brendan Rocers ("Lester") və Tomas Tuhel də ("Çelsi) iddialı idi.
