Mövsümün sonunda "Borussiya"dan ayrılmağı planlaşdıran Erlinq Haalandın karyerasını harada davam etdirəcəyi maraqla gözlənilir.
Sportal.az xəbər verir ki, Avropanın aparıcı klubları norveçli hücumçunu heyətinə cəlb etmək istəyir. Bir çox klubdan təklif alan 21 yaşlı forvard "Real"la "Mançester Siti" arasında seçim etməyi planlaşdırırdı.
"Mundo Deportivo"nun yazdığına görə, "Barselona"nın "El Klasiko"da "Real"ı 4:0 hesabı ilə məğlub etməsi Haalandın fikirlərini qarışdırıb. Madriddə qazanılan qələbədən sonra gənc forvardın Kataloniya təmsilçisinin təklifi haqda daha ciddi düşündüyü bildirilir.
Erlinq Haaland cari mövsümdə "Borussiya"nın heyətində meydana çıxdığı 23 matçda 23 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
