Azərbaycan I Divizionunun XIX turu çərçivəsində baş tutan MOİK – "Sabah-2" matçında dava düşüb.
Sportal.az xəbər verir ki, görüşün 65-ci dəqiqəsində qonaqların futbolçusu Mixeil Erqemlidze MOİK-in müdafiəçisi Rüstəm Rüstəmovu vurub. Qarşılaşmanın hakimi Rəvan Həmzəzadə gürcüstanlı oyunçuya birbaşa qırmızı vərəqə göstərib.
Qeyd edək ki, MOİK - "Sabah-2" matçı 0:0 hesablı bərabərliklə başa çatıb.
saytlarin hazirlanmasi