FIFA referisi Əliyar Ağayev növbəti dəfə digər ölkənin yüksək liqasının vacib oyununa təyinat alıb.
Sportal.az xəbər verir ki, Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, FIFA referisi Ağayev Yunanıstan Super Liqasının çempionluq qrupunun 3-cü turu çərçivəsində aprelin 3-də keçiriləcək “Olimpiakos” – AEK oyununun baş hakimi olacaq.
