“Mən bunu təkzib edə bilmərəm, həqiqətət belə bir təklif almışam“.
Sportal.az xəbər verir ki, bu sözləri Sportinfo.az-a açıqlamasında “Xəzər Lənkəran“ın sabiq hücumçusu Zaur Ramazanov deyib.
Bir neçə gün öncə xəbər vermişdik ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov ona barışıq şərti irəli sürüb. O, Veterlanlar İttifqaının sədri sədri Oqtay Abdullayev vasitəsilə millinin keçmiş forvardına təklif göndərib.
E.Məmmədov Z.Ramazanovun mətbuatda federasiyanın lehinə açıqlamalar verməsini, milli və uşaq futbolu mövzusunda onların fəaliyyətini dəstəkləməsini istəyib.
AFFA-nın əsas idarəçisi bununla yığmanın eks forvardından onun və ətrafının işini tənqid edən futbol ictimaiyyətinə, azarkeşlərə cavab verməsi şərtini irəli sürüb.
E.Məmmədov yalnız bu halda onunla görüşəcəyini və işlə təmin edəcəyini bildirib. Amma gözlədiyi olmayıb.
O.Abdullayev çox dilə tutsa da, Z.Ramazanov təklifi geri çevirib, AFFA haqda söylədiyi tənqidi fikirlərdən imtima etməyəcəyini bildirib.
O, qardaşı Ağabala Ramazanovun 2 ildən sonra milliyə qaytarılmasının da mövqeyinə təsir göstərməyəcəyini söyləyib, Veteranlar İttifaqının sədrinə “ona çatdır ki, məni bəzi veteranlarla səhv salmasın” deyib.
Z.Ramazanov ad çəkməsə də, E.Məmmədovun özünə yaxın olan şəxs vasitəsilə ona xəbər göndərdiyini təsdiqləyib:
“Elxan Məmmədovun məndə telefon nömrəsi var. Yalandan deyirlər ki, guya mən onunla görüşmək istəmişəm, o isə qəbul etməyib.
Belə söhbət olmayıb. Nömrəsini bilirəm, lazım olsaydı, özüm zəng vurardım ona. Onunla danışan şəxs mənə təklif edib ki, daha AFFA haqda mənfi heç nə deməyim, əvəzində işlə təmin olunacam.
“Səbail“də işləyəndə maaşım 1500 manat idi. Mən onda da fikirlərimi açıq söyləyirdim. Yenə harda işləsəm, doğru bildiklərimi dilə gətirəcəm.
Məni pulla susdurmaq qeyri-mümkündür. Şükür Allaha, özümə görə şəraitim, dolanışığım var, kiminsə yanında başıaşağı deyiləm.
Mənim üçün həyatda çox-çox dəyərli prinsiplər var. Hər gün anama baş çəkib, onun alnından öpmək kimi. Həyata iki dəfə gəlmirik ki gündə bir fikrə düşək.
Mənə pis təsir edən bəzi veteranların aldadılması, susmasıdır. 200-300 manat atırlar qabağına, deyirlər ki, al, daha danışma, onlar da danışmırlar.
Dünənə kimi futboldakı haqsızlardan şikayətlənən o veteranlar bu gün haqq sözü demirlər, yoxa çıxıblar. Mən də pula meyl etsəydim, futbolda ən yaxşı işlərdən birində idim.
Bütün bunlardan imtina etmişəm, çünki futbolumuz biabırçı vəziyyətdədir, adam arasına çıxa bilmirəm. Küçədə-bacada kimi görürəm, hamı futbolun vəziyyətindən narazıdır, şikayət edir.
AFFA-nı tərcümə mərkəzinə çeviriblər. Kimlərinə dost-tanışını, qohum-əqrabasını yığıblar ora, futboldan da qətiyyən xəbərləri yoxdur.
İngilis dilini öyrənməklə futbolu idarə etmək mümkün olsaydı, İngtltərə hər dəfə dünya çempionu olardı.
Mən xarici dil bilmirəm deyə, futboldan kənarda qalmalıyam? Hansısa kosmetoloq futbolda söz sahibi olacaq, mən qıraqda durub ona baxacam?
Axı nəvaxta kimi? AFFA-da oturanlar elə bilir ki, bu, həmişə belə davam edəcək, ömürlük vəzifədə qalacaqlar. Bir gün o «dəmir yumruq» onların da başına dəyəcək».
saytlarin hazirlanmasi
