"Barselona"dan İngiltərəyə

10:18 - 2 Aprel 2022

“Barselona”nın futbolçusu Serjinyo Dest karyerasını İngiltərədə davam etdirə bilər.

Sportal.az xəbər verir ki, amerikalı müdafiəçi ilə “Lids” yaxından maraqlanır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Premyer Liqa təmsilçisi mövsümün sonunda 21 yaşlı futbolçu üçün “Barselona”ya təklif yollayacaq. Kataloniya təmsilçisi müdafiəçini satmağa müsbət yanaşsa da, oyunçu klubda qalmaq istəyir.

​Dest bu mövsüm La Liqada 18 oyuna çıxıb.

Xəbər xətti