Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yunan-Roma güləşçimiz Taleh Məmmədov Ermənistan təmsilçisi Hraçya Poqosyan tərəfindən təxribatla üzləşib.
Sportal.az xəbər verir ki, erməni idmançı bir neçə dəfə Azərbaycan millisinin üzvünü təxribata çəkib. O, Məmmədovun üzünə zərbə endirib, onu itələyib.
Hraçya Poqosyana 3:1 hesabı ilə qalib gələn Taleh Məmmədov finala vəsiqə qazanıb. O, qızıl medal uğrunda qarşılaşmada gürcüstanlı Leri Abduladze ilə görüşəcək. (qafqazinfo)
