Dünya çempionatının maskotu təqdim edildi

11:12 - 2 Aprel 2022

Bu il Qətərdə keçiriləcək dünya çempionatının maskotu təqdim olunub.

Sportal.az xəbər verir ki, "La'eeb" adlanan maskot final mərhələsinin püşkatma mərasimindən öncə nümayiş etdirilib.

"La'eeb" "super bacarıqlı oyunçu" mənasını verir.

DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək gerçəkləşəcək.

Xəbər xətti