Almaniyanın Qərb Regional Liqasında XXXII turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke”nin ikinci komandası səfərdə “Homberq”ə böyük hesabla qalib gəlib – 3:0.
Rüfət bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.
“Şalke II” bu nəticədən sonra 35 xalla 20 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.