Türkiyə I Liqasında XXIX turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu turda azərbaycanlı futbolçuların çıxış etdiyi komandalar üz-üzə gəlib.
Vüsal İsgəndərlinin formasını geydiyi "Ankara Keçiörengü" doğma meydanda Namik Əlsəkərovun çıxış etdiyi "Bursaspor"u qəbul edib. Matç Ankara təmsilçisinin 2:1 hesablı qələbəsiylə başa çatıb.
Vüsal İsgəndərli bu görüşün iştirakçısı olmayıb. Onun adı oyunun iştirak ərizəsinə daxil edilməyib. Namik Ələskərov isə qarşılaşmaya start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.
Bu nəticədən sonra xallarını 38-ə yüksəldən "Ankara Keçiörengücü" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. "Bursaspor" isə 28 xalla 18-ci yerdədir.
saytlarin hazirlanmasi