Eldəniz Əzizli Avropa çempionu oldu

21:30 - 2 Aprel 2022

Azərbaycan yunan-Roma güləşçisi Eldəniz Əzizli Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

Sportal.az xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan Əzizli həlledici görüşdə gürcüstanlı Nuqzari Tsurtsumia ilə qarşılaşıb. Azərbaycan təmsilçisi 8:2 hesabıyla qələbə qazanaraq Avropa çempionu olub.

30 yaşlı idmançı karyerasında ikinci dəfə Avropa çempionu adını qazanıb.

Xəbər xətti