Namiq və Vüsalın komandası qarşılaşdı, ev sahibləri qalib gəldi - VİDEO

10:05 - 3 Aprel 2022

Türkiyə I Liqasında XXIX turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu turda azərbaycanlı futbolçuların çıxış etdiyi komandalar üz-üzə gəlib.

"Keçiörengücü" Namiq Əlsəkərovun çıxış etdiyi "Bursaspor"u qəbul edib. Matç Ankara təmsilçisinin 2:1 hesablı qələbəsiylə başa çatıb. Vüsal İsgəndərli bu görüşün iştirakçısı olmayıb. Ələskərov isə qarşılaşmaya start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub

Xəbər xətti