"Çelsi"dən "Barselona"ya

10:19 - 3 Aprel 2022

"Çelsi"nin yeni müqavilə təklifindən imtina edən Antonio Rüdiger İspaniyaya yollanmağa hazırlaşır.

Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, Kataloniya klubu "Çelsi" ilə müqaviləsi başa çatacaq almaniyalını razı sala bilib. O, özü də "Barselona"da oynamaq haqda düşünür.

Rüdigerin “Çelsi” ilə müqaviləsi bu ilin yayında başa çatır.

​29 yaşlı futbolçu cari mövsümdə “zadəganlar”la 42 oyuna çıxıb.

Xəbər xətti