“Selta”nın hücumçusu Nolito Primeronun 30-cu turunun “Real”la matçından sonra yerli mətbuata danışıb.
Sportal.az “Marca”ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu hakimlərin onlara qarşı hörmətsiz davranışından söz açıb:
“Yaxşı oynadıq, amma uduzduq. Biz ən azından bərabərliyə layiq idik. Qapımıza üç penalty təyin edildi. Sonuncusu isə gülməli penalty idi. Biz təvazökar komandayıq və hakimlər tərəfindən də qələbəyə layiq idik. “Real” və “Barselona” ilə rəqabət aparmaq çətindi. Çünki onlar dünyanın ən yaxşı komandalarıdı. Sadəcə olaraq, bu dəfə gülməli məqamlar var. Sadəcə olaraq, bizə hörmət edilmir".
