Azərbaycanlı oynamadı, komandası heç-heçə etdi

14:39 - 3 Aprel 2022

Latviya çempionatında 3-cü turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Asim Əlizadənin formasını geyindiyi “Dauqavpils” növbəti matçına çıxıb.

Əlizadənin komandası "Valmiera" ilə matçdan 0:0 hesablı nəticə ilə ayrılıb.

Asim bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

​Üç turdan sonra 4 xalı olan “Dauqavpils” 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.

Xəbər xətti