Quliyev üçün 90 dəqiqə və 1 xal

15:21 - 3 Aprel 2022

Rusiya Premyer Liqasında 23-cü turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Arsenal” (Tula) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Axmat”la qarşılaşıb. Ayazın komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Quliyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

​“Arsenal” geridə qalan 23 turda 21 xal toplayıb və 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Xəbər xətti