Macarıstanın paytaxtı Budapeştdəki Avropa çempionatında qızıl medal qazanan Azərbaycan yunan-Roma güləşçisi Rafiq Hüseynov instaqram hesabında paylaşım edib.
Sportal.az xəbər verir ki, Hüseynov postunda bunları yazıb:
"Bütün güləş həyatım boyu sadəcə medal almaq deyil, tarixə düşməyi arzulamışam. Amma təəssüf ki, 2000-ci illərdən 2018-ci ilə qədər biri-birindən səriştəsiz və savadsız məşqçilər ucbatından cavanlığımın ən yaxşı illərini itirmişəm.
Heç fikirləşməzdim ki, bu yaşlarda adım tarixdə qalacaq, Azərbaycan güləşçiləri sırasına düşəcək.
Buna görə Allahıma şükür edib, qələbəmi bu müqəddəs Ramazan ayında bütün dünya müsəlmanlarına həsr edirəm. Hamınıza azərkeşlik etdiyiniz üçün təşəkkür edirəm".
