Ağayevin idarə etdiyi matç - VİDEO

10:39 - 4 Aprel 2022

FİFA referisi Əliyar Ağayev Yunanıstan Superliqasında daha bir oyunu idarə edib.

Sportal.az xəbər verir ki, o, Superliqanın çempionluq qrupunun 3-cü turunda ötən gün keçirilən “Olimpiakos” – AEK oyununun baş hakimi olub.

Ağayev 1:1 hesabı ilə başa çatan matçda hər komandadan 1 futbolçuya sarı vərəqə göstərib. Qeyd edək ki, Əliyar bundan əvvəl də Yunanıstan Superliqasının bir neçə matçına təyinat almışdı. 

Xəbər xətti