"Səbail"in 50-ci qolu

11:45 - 4 Aprel 2022

"Səbail” Premyer Liqada 50-ci səfər qolunu vurub.

Sportal.az xəbər verir ki, bu, XXI turun “Qarabağ”la matçına təsadüf edib. Bakı klubunun 1:5 hesabı ilə uduzduğu görüşdə vurulan yeganə top rəqib meydanlarındakı 50-ci qol olub.

Bu topa penaltidən fərqlənən Nikolas Raysel imza atıb. “Səbail” səfərdəki 50-ci qolu 62-ci oyunda vurub.

​“Qarabağ”la görüşdə buraxılan ilk top isə paytaxt klubunun səfərdə öz qapısında gördüyü 100-cü qol olub. Bakılılar ümumilikdə 62 səfərdə 104 dəfə rəqibin fərqlənməsinə şahid olub.

Xəbər xətti