Millimizin qolkiperi Rusiyada debüt edə bilmədi

12:10 - 4 Aprel 2022

Futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli Rusiya Premyer Liqasında debüt etməyib.

Sportal.az xəbər verir ki, “Torpedo”nun yeni transferi bir neçə gün əvvəl komandanın düşərgəsinə qoşulub. Ancaq o, rəsmi matçda meydana çıxa bilməyib. Buna səbəb isə onun komandasının “Dinamo”(Samara) (5:0) ilə görüşdə texniki qələbə qazanmasıdı.

​Hazırda “Torpedo” turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.

 

Xəbər xətti