Məmmədzadə Şimali Makedoniya çempionatında növbəti oyununu keçirdi

12:23 - 4 Aprel 2022

Şimali Makedoniya çempionatında 25-ci turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, “Renova” forması geyinən Nazim Məmmədzadə ilk dəfə start heyətində meydana çıxıb. Azərbaycanlı futbolçunun komandası səfərdə “Breqalniça” ilə 2:2 oynayıb.

​Meydana start heyətində çıxan futbolçu 46-cı dəqiqədə əvəzlənib. Hazırda “Renova” 37 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Xəbər xətti