"Mahir 20 il əvvəl "Dinamo"da oynasaydı, çox bəyənilərdi"

16:27 - 4 Aprel 2022

Xorvatiya mətbuatı "Dinamo"da çıxış edən Mahir Emrelinin çempionatın 29-cu turunda "Draqovolyaç"la oyunda (2:0) göstərdiyi performansı dəyərləndirib.

 

Sportal.az "Jutarnju List"ə istinadən xəbər verir ki, 25 yaşlı forvardın uzaqdan vurduğu zərbənin qapı tirinə dəyməsi xüsusi olaraq qeyd olunub:

 

"Mahir Emreli ehtiyat oyunçular skamyasından ayrıldı. Bu, yaxşı xəbərdir. O artıq zədədən xilas olub. "Dinamo"da ilk qolunu vurmağa da çox yaxın idi. Ancaq zərbəsi tirə dəydi. Bu, onun üçün ikinci belə bəxtsiz andır. Daha əvvəl "Sibenik"lə matçda da eyni şey olmuşdu. Mahir 20 il əvvəl "Dinamo"da oynasaydı, çox bəyənilərdi və məşqlərdən sonra duşa ilk girən futbolçu olardı. Çünki həmin zaman məşqin sonunda hamının topu tirə vurması lazım idi. Alınana qədər cəhd edirdilər... Ancaq yaxın vaxtda Emrelinin qapıya düşəcəyini düşünürəm".

Xəbər xətti