"Neftçi"nin müdafiəçisi Mert Çelik Premyer Liqanın 22-ci turunu da buraxmalı olacaq.
Sportal.az saytının məlumatına görə, 22 yaşlı futbolçu U-21 yığmasının düşərgəsində olduğu müddətdə zədələndiyinə görə Estoniya və Belarusa qarşı oyunlarına çıxa bilməmişdi.
Bununla yanaşı o, Premyer Liqanın 21-ci turunda “Zirə”yə (1:1) qarşı da oynaya bilməmişdi. Hazırda fərdi şəkildə hazırlıqlarını davam etdirən Çelikin növbəti turda da meydanda olmayacağı ehtimal edilir. Futbolçu ən yaxşı halda 23-cü turda "Neftçi"yə kömək edə biləcək.
