"İnter"in çalışdırıcısı Simone İnzaqi A seriyasının 31-ci turunda "Yuventus" üzərindəki qələbədən sonra mətbuata danışıb.
Sportal.az "DAZN"a istinadən xəbər verir ki, italiyalı mütəxəssis "nerazzura" ilə müqaviləni artırmağa tələsmədiyini etiraf edib:
"Hazırda klubla müqaviləm qüvvədədi və gələn ilin yayında sona çatacaq. Klub mənə müqaviləni artırmağı təklif edib. Amma mövsüm sonuna qədər gözləməyi qərara aldım. Çünki indi müqavilə yox, nəticələr vacibdi. Klubun, futbolçuların və azarkeşlərin mənə olan inamını hiss edirəm".
