"Fənərbaxça" ilə derbi matçı öncəsi "Qalatasaray"ın heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Kərəm Aktürkoğlu sıradan çıxıb.
Super Liqanın 31-ci turunun "Fatih Karagümrük"lə matçının (2:0) ilk hissəsində zədələnərək meydanı tərk edən 24 yaşlı futbolçunun əzələsində qanama aşkarlanıb. Türkiyə millisinin üzvünün İstanbul derbisində oynayıb-oynamayacağı bilinmir.
Kərəm Aktürkoğlu cari mövsümdə "Qalatasaray"ın heyətində meydana çıxdığı 45 oyunda 11 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Fənərbaxça" - "Qalatasaray" görüşü 10 aprel tarixində Bakı vaxtilə saat 21:00-da baş tutacaq.
saytlarin hazirlanmasi