Polşa Ekstraklasasında 27-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi "Visla" doğma meydanda "Gornik Zabrze" ilə qarşılaşıb. Matç Plotsk təmsilçisinin 3:2 hesablı qələbəsiylə başa çatıb.
Anton bu görüşün iştirakçısı olmayıb. 24 yaşlı müdafiəçinin adı oyunun iştirak ərizəsinə daxil edilməyib.
27 turdan sonra 39 xal toplayan "Visla" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi