"Barselona" maaşa görə Salahdan imtina etdi

12:43 - 5 Aprel 2022

"Barselona" "Liverpul"un hücumçusu Məhəmməd Salahı transfer etməkdən vaz keçib.

 

Sportal.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Kataloniya təmsilçisinin misirli futbolçudan imtina etməsinin səbəbi maliyyə ilə bağlıdır. Belə ki, 30 yaşlı futbolçu "Barselona"dan illik 17 milyon avro maaş olmaqla 5 illik müqavilə tələb edib.

 

Məhəmməd Salahın "Liverpul"la müqaviləsi 2023-cü ilim yayında başa çatacaq. Təcrübəli hücumçu Premyer Liqa klubu il yeni sözləşmə ilə bağlı razılıq əldə etməyib.

Xəbər xətti