Partlayışda ağır xəsarət alan çempion komadan ayıldı - FOTO

13:14 - 5 Aprel 2022

Aprelin 3-də Bakıda “Location” gecə klubunda baş vermiş partlayışda ağır xəsarət alanlardan biri də 2018-ci ildə bodibildinq üzrə Azərbaycan Kubokunun qalibi Arslan Quliyevdir.

 

Sportal.az xəbər verir ki, “Qafqazinfo” 30 yaşlı idmançının yerləşdirildiyi xəstəxanadan fotosunu əldə edib.

 

Onun komadan yeni ayıldığı bildirilir. Məlumata görə, A.Quliyev sözügedən gecə klubunda mühafizəçi işləyib.

 

Xəbər xətti