"Bavariya"nın müdafiəçisi ən yaxşı seçildi

13:49 - 5 Aprel 2022

Şimali, Mərkəzi və Karib hövzəsi (CONCACAF) zonası üzrə 2021-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, bu ada "Bavariya"nın və Kanada millisinin müdafiəçisi Alfonso Deyvis layiq görülüb. Məlumatı CONCACAF-ın rəsmi saytı yayıb.

 

Alfonso Deyvis cari mövsümdə "Bavariya"nın heyətində meydana çıxdığı 23 matçda 6 qol ötürməsi ilə yadda qalıb. 21 yaşlı sol cinah müdafiəçisi Kanada millisinin forması ilə DÇ-2022-nin seçmə mərhələsində 13 matçda 5 qol və 8 asistlik performans göstərib.

Xəbər xətti