“Qarabağ”ın legioneri Leandro Andrade instaqram hesabında paylaşım edib.
Sportal.az xəbər verir ki, Premyer Liqanın 21-ci turunda “Qarabağ”ın “Səbail” ə 5:1 hesabı ilə qalib gəldiyi görüşdə dubl edən Leandro şəxsi hesabında vurduğu qolların videosunu paylaşaraq bunları yazıb:
"İki qolla komandana növbəti qələbəsini qazanmasına kömək etməkdən yaxşı heç nə yoxdu. Əsasən də ona görə ki, bu qollar mənim üçün “Qarabağ”da ilklər idi. İrəliləməyə davam edirik!”.
