Millimizin Qazaxıstan və Slovakiyaya qarşı ilk oyunlarının məkanı bəlli oldu

17:59 - 5 Aprel 2022

Azərbaycan millisinin Millətlər Liqasındakı ilk oyununun məkanı bəlli olub.

Sportal.az xəbər verir ki, Qazaxıstan - Azərbaycan matçı iyunun 3-də Nur-Sultan şəhərində yerləşən "Astana Arena" stadionunda keçiriləcək. Matç 18:00-da start götürəcək.

UEFA-nın məlumatına görə millimizin ilk ev oyununun məkanı da bəlli olub. Belə ki, iyunun 10-da Slovakiyaya qarşı Bakıda keçiriləcək görüş "Dalğa Arena"da baş tutacaq. Matç 20:00-da start götürəcək. 

Xəbər xətti