"Mançester Yunayted" 20 yaşlı futbolçunu transfer edə bilər

18:18 - 5 Aprel 2022

“Ayaks”ın müdafiəçisi Yurren Timber yayda “Mançester Yunayted”ə keçə bilər.

Sportal.az “De Telegraaf”a istinadən xəbər verir ki, bu, Erik ten Haqın Mançester klubuna baş məşqçi təyin olunmasından sonra gerçəkləşəcək.

​Belə ki, 52 yaşlı mütəxəssis özü ilə birlikdə 20 yaşlı müdafiəçini də İngiltərəyə aparacaq. Timber 2019-cu ildən “Ayaks”ın əsas komandasında çıxış edir.

Xəbər xətti