Azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi “Maçindra” AFC kubokunda qrupda oynaya bilməyəcək.
Sportal.az saytının məlumatına görə, Novruzovun komandası evdə Şri-Lankanın “Blue Stars” klubuna uduzub.
Matç Novruzovun komandasının böyük üstünlüyü ilə keçsə də, onlar sonda evdə 1:2 hesabı ilə məğlub olub.
Bununla da növbəti mərhələyə “Blue Stars” yüksəlib.
