"Mançester Yunayted"in veteran forvardı Ueyn Runi komandanın hazırkı durumumnu dəyərləndirib.
Sportal.az “Sky Sports”-a istinadən xəbər verir ki, hazırda "Derbi"nin baş məşqçisi olan Runi "qırmızı şeytanlar"ın heyətinin yenidən qurulmalı olduğunu deyib:
"Düşünürəm ki, onlar fürsət olsa, mövsümü indi başa vurub Çempionlar Liqasını unutmaq istərdilər. Məncə, “Mançester Yunayted” gələn il Çempionlar Liqasında iştirak edə bilməyəcək. Düşünürəm ki, komanda yenidən qurulmalıdı. Klubda hər şey yenidən qurulmalıdır ki, onlar 2-3 ildən sonra yenidən Premyer Liqada qələbə uğrunda mübarizə apara bilsinlər".
