"Bavariya"nın yarımmüdafiəçisi Serj Qnabri karyerasını İspaniyada davam etdirə bilər.
Sportal.az xəbər verir ki, alman vingerin xidmətində "Real" maraqlıdır. Madrid təmsilçisi futbolçunun Münhen klubu ilə yeni sözləşməni razılaşdıra bilməməsindən yararlanmaq istəyir.
Qnabrinin "Bavariya" ilə müqaviləsi 2023-cü ildə başa çatır.
