İspaniyalı Mançesteri tərk edəcək

21:18 - 5 Aprel 2022

"Mançester Yunayted"in yarımmüdafiəçisi Xuan Mata komandanı tərk edəcək.

Sportal.az xəbər verir ki, təcrübəli futbolçu oyun praktikasından əziyyət çəkdiyi üçün daha çox oynayacağı kluba keçmək istəyir. İspaniyalı futbolçu yayda gələcək təklifləri dəyərləndirəcək.

2014-cü ilin yayından "qırmızı şeytanlar"ın formasını geyinən Matanın müqaviləsi bu ilin iyununa qədərdi. 

Xəbər xətti