Almaniya II Bundesliqasında XXVIII turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Erzgebirge" səfərdə "Hamqurq"ın qonağı olub. Matç meydan sahiblərinin 4:0 hesablı qələbəsiylə başa çatıb.
Nazarov da bu görüşün iştirakçısı olub. 31 yaşlı yarımmüdafiəçi oyuna start heyətdə başlayıb və 90 dəqiqə meydanda qalıb.
19 xal toplayan "Erzgebirge" turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi