"Neftçi"nin legioneri: "Bu müqəddəs formanı geyinmək mənim üçün şərəf idi" - FOTO

13:12 - 6 Aprel 2022

“Neftçi”nin futbolçusu Gilyerme Pato instaqram hesabında “İnternasyonal” haqda paylaşım edib.

Sportal.az xəbər verir ki, “ağ-qaralar”ın qışda heyətinə qatdığı braziliyalı yetirməsi olduğu klubu yaranma tarixi münasibətilə belə təbrik edib:

“Təbrik edirəm, “İnternasyonal”. Bu müqəddəs formanı geyinmək mənim üçün şərəf idi”.

Porto Aleqre təmsilçisinin yaranma tarixi 1909-cu il aprelin 4-ü kimi qeyd olunur.

 

Xəbər xətti