Argentinalı forvard Qonzalo İquayn mövsüm sonunda karyerasını başa vurmayacaq.
Sportal.az "Fox Sports"a istinadən xəbər verir ki, "İnter Mayami"də oynayan hücumçunun mövsüm sonunda karyerasını başa vuracağı xəbərləri yayılmışdı. O, isə haqqında çıxan xəbərləri yalanlayıb: "Bu, atamla aramızda baş verən anlaşılmazlıq idi. Mən heç vaxt karyeramı başa vuracağım barədə danışmamışam. O, sadəcə bunu səhv anlayıb. Qısacası, mövsüm sonunda karyeramı bitirəcəyimlə bağlı çıxan xəbərlər real deyil. Hazırda bütün diqqətimi kluba və müqaviləni yerinə yetirməyə yönəltmişəm".
34 yaşlı hücumçu 2020-ci ildən “İnter Mayami”də çıxış edir. O, bu illər ərzində 44 matça çıxıb 15 qol vurub.
saytlarin hazirlanmasi
