"Barselona" legionerinin xidmətindən istifadə edə bilməyəcək

14:46 - 6 Aprel 2022

"Barselona"nın hücumçusu Memfis Depay komandasına növbəti oyunda kömək ola bilməyəcək.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, niderlandlı futbolçu zədə səbəbindən Kataloniya klubunun Avropa Liqasının 1/4 final mərhələsinin "Ayntraxt"la oyununu buraxmalı olacaq.

Depay sol ayağının arxa əzələsində dartılma olduğuna görə bu matçda meydana çıxmayacaq. 

Qeyd edək ki, “Barselona” sabah rəqibi ilə Almaniyada qarşılaşacaq.

 

Xəbər xətti