Belarus Azərbaycanı Serbiyada qəbul edə bilər

18:22 - 6 Aprel 2022

Millətlər Liqasının qrup mərhələsində Azərbaycanın rəqibi olan Belarus rəqiblərini Serbiyada qəbul edə bilər.

Sportal.az xəbər verir ki, Belarus mətbuatına istinadən xəbər verir ki, yerli federasiya hazırda müxtəlif variantlar axtarır. Hələ ki, ən real variant rəqibləri Serbiyada qəbul etməkdi.

UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Belarus yığmaları və klubları ev oyunlarını neytral ölkədə keçirəcəklər və həmin qarşılaşmalara azarkeş buraxılmayacaq.

İyunun 6-da oynanılacaq Belarus – Azərbaycan qarşılaşmasına Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.

Xəbər xətti