Fərid Nəbiyevin komandası evdə uduzdu

21:21 - 6 Aprel 2022

Çexiya 2-ci liqasında 20-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) doğma meydanda “Vlasim”lə qarşılaşıb. Matç qonaqların 2:1 hesablı qələbəsiylə başa çatıb.

 

Fərid bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.

 

“Viktoriya” 21 turdan sonra 11 xalla 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Xəbər xətti