Canni De Byazi millii xaraktersiz və qorxaq adlandırıb?

14:46 - 7 Aprel 2022

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin İtaliya mətbuatına "Azərbaycan millisində xarakter problemi var" söyləməsi müzakirələrə səbəb olub.

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis futbolpress.az saytına açıqlamasında məsələyə aydınlıq gətirib:

"Heç vaxt rəhbərlik etdiyim komanda barədə xaraktersiz və ya qorxaq ifadəsini işlətməmişəm. Bu, mümkün deyil! Demişəm ki, mənim rəhbərlik etdiyim komandalar adətən xarakteri ilə və oyundan öncə rəqiblərdən çəkinməməsi ilə fərqlənib. Ola bilər hansısa texniki qüsur olub və ya tərcümədə hər hansısa uyğunsuzluq baş verib. Qətiyyətlə deyirəm ki, mənim rəhbərlik etdiyim komandanı xaraktersiz və qorxaq adlandırmağım mümkün deyil!"

Xəbər xətti