Kvaratsxeliya "Napoli" ilə razılaşdı

15:25 - 7 Aprel 2022

Gürcüstan millisinin üzvü Xviça Kvaratsxeliya "Napoli"də oynayacaq.

Sportal.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, gürcü futbolçu artıq italiyalılara "hə" cavabını verib.

"Rubin"lə müqaviləsinə xitam verdikdən sonra "Dinamo"(Batumi) klubuna keçən gənc futbolçu "Napoli" ilə müqavilə imzalayacaq. İllik 8 milyon avro maaş alacaq Xviçanın Neapol klubu ilə müqaviləsi 2027-ci ilə qədər olacaq.

Xəbər xətti