"Bavariya"nın baş məşqçisi: "Məğlubiyyətə layiq idik"

17:22 - 7 Aprel 2022

"Bavariya"nın baş məşqçisi Yulian Naqelsman Çempionlar Liqasının 1/4 final mərhələsinin "Vilyareal"la görüşündən sonra UEFA-nın rəsmi saytına danışıb.

Sportal.az xəbər verir ki, almaniyalı mütəxəssis İspaniyadakı məğlubiyyəti bu cür şərh edib:

"Məğlubiyyətə layiq idik. Çünki çox pis oyun oynadıq. İlk yarıda müdafiədə zəif idik, rəqib qapısı qarşısında isə az epizod yaratdıq. İkinci hissədə möhtəşəm oyun oldu. Nəzarəti itirmişdik. Çünki qol vurmağı çox istəyirdik. Əvəzində isə qapımızda növbəti qolları da görə bilərdik”.

Xəbər xətti