"Qalatasaray" Türkiyə Super Liqasının 32-ci turu çərçivəsində səfərdə "Fənərbaxça"nın qonağı olacaq.
Sportal.az xəbər verir ki, "sarı-qırmızılar"ın baş məşqçisi Domenek Torrent İstanbul derbisindən öncə açıqlama verib. 59 yaşlı mütəxəssis derbidə qələbə qazanacaqlarını bildirib:
"Fənərbaxça" ilə oyunda yüz faiz qələbə qazanacağıq. Bütün gücümüzü meydanda qoyacağıq. Amma bir oyunla klubun və futbolçuların gələcəyi dəyişmir. Derbidə hansı nəticə qeydə alınırsa-alınsın, bu klub üçün, "Qalatasaray" azarkeşləri üçün bütün matçlarda qalib gəlməyə çalışacağıq".
Qeyd edək ki, "Fənərbaxça" - "Qalatasaray" görüşü 10 aprel tarixində Bakı vaxtilə saat 21:30-da baş tutacaq.
saytlarin hazirlanmasi