Türkiyənin "Yeni Malatyaspor" klubunun prezidenti Adil Gevrek istefa verib.
Sportal.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Yeni Malatyaspor"da prezident seçkiləri aprelin 24-də olacaq.
Komanda Super Liqada 31 turdan sonra 20 xalla sonuncu pillədədir.